Haqqımızda
2005-ci ildən etibarən “Zeytun Bağları” süfrələrin ayrılmaz hissəsinə çevrilmişdir. İlk gündən ən saf və təbii məhsulu təqdim etmək əsas məqsəd olmuşdur. Dübəndidə yerləşən emal fabrikində zeytunlar soyuq sıxma üsulu ilə emal olunur, daha sonra Bakı Qida və Yağ Fabrikində müasir texnologiyalarla qablaşdırılaraq süfrələrə təqdim edilir. 2016-cı ildən istehsalına başladığımız “Zeytun Bağları” və Azərbaycanın ilk 100% təbii sızma zeytun yağı ilə bazara yeni nəfəs gətirdik. Bu gün məhsullarımız həm yerli bazarda, həm də bir çox xarici ölkələrdə sevilərək seçilir.
Bizim üçün əsas dəyər keyfiyyət və təbiilikdir. Zeytun yağlarımız yalnız fiziki üsullarla və kimyəvi qatqılara yol verilmədən istehsal olunur. Təbii dadı, özünəməxsus ətri və zəngin faydaları ilə “Zeytun Bağları” sağlam qidalanmağı sevənlər üçün ideal seçimdir.
Məhsullarımıza baxın
Bütün məhsullar