05 dekabr, 2025

“Zeytun Bağları” Xəzər sahilində ekoloji təmizlik aksiyası keçirdi

Zeytun-Baglari-Xezer-sahilinde-ekoloji-temizlik-aksiyasi-kecirdi
Zeytun-Baglari-Xezer-sahilinde-ekoloji-temizlik-aksiyasi-kecirdi
Zeytun-Baglari-Xezer-sahilinde-ekoloji-temizlik-aksiyasi-kecirdi
Zeytun-Baglari-Xezer-sahilinde-ekoloji-temizlik-aksiyasi-kecirdi

“Zeytun Bağları” markası “yaşıl gələcək” şüarı ilə növbəti ekoloji təşəbbüsünü uğurla reallaşdırıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Xəzər dənizinin Nardaran sahilində həyata keçirilən təmizlik aksiyası həm sosial məsuliyyət, həm də ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Aksiyada “Zeytun Bağları” brendinin əməkdaşları ilə yanaşı, Bakı Qida və Yağ Fabrikinin kollektivi və könüllü ekofəallar da fəal şəkildə iştirak ediblər. Ümumilikdə 100-ə yaxın iştirakçının qatıldığı tədbir zamanı sahilboyu ərazi tullantılardan təmizlənib.

“Zeytun Bağları” markası təkcə son ekoloji təşəbbüsü ilə kifayətlənmir. Brend uzun müddətdir ki, ekoloji dayanıqlığın təşviqi və təmiz ətraf mühitin qorunması istiqamətində həm yerli, həm də beynəlxalq səviyyədə müxtəlif layihələrdə fəal iştirak edir.

Qeyd edək ki, “Zeytun Bağları” markası yalnız məhsulları ilə deyil, eyni zamanda ətraf mühitə göstərdiyi xüsusi diqqət və qayğı ilə də seçilir. Bu kimi təşəbbüslər onun sosial məsuliyyət daşıyan bir marka olduğunu bir daha təsdiqləyir.