Toyuq börəyi

HAZIRLANMA QAYDASI

 

Bir tavaya doğranmış soğan, 4 qaşıq Zeytun Bağları tökülüb qovrulur.

 

Ətlər xırda-xırda doğranır və soğanlara əlavə edilib suyu çəkilənədək qovrulur.

 

Suyu çəkilmiş qovrulmuş ətin üzərinə doğranmış pomidor və tomat pastası əlavə edilərək biraz daha qovrulur.

 

Bir stəkan su əlavə edilməklər ağzı qapalı şəkildə ət yaxşıca bişirilir.

 

Qapağı açıq vəziyyətdə suyu çəkilir, üzərinə duz, cəfəri, istiot səpilir, qarışdırılır və soyumaq üçün kənara qoyulur.

 

4 stəkan ələnmiş una duz və bir qaşıq Zeytun Bağları qatılaraq ilıq su ilə bərk xəmir yoğrulur.

 

Üzərinə nəm bez örtərək 15 dəqiqə saxlanılır.

 

Xəmir altı bərabər parçaya bölünür.

 

Hər bir parça yemək boşqabı böyüklüyündə yayılır.

 

Üzərinə Zeytun Bağları sürtülür.

 

Yayılan hazır yuxanın ortasına içi qoyulur, boxça kimi dörd tərəfindən yığılaraq yağlanmış boşqaba düzülür.

 

Üzərinə çalınmış yumurta sarısı sürtülərək bişirilir. Üzü qızarana qədər bişirilir, münasib parçalara kəsilərək süfrəyə verilir.

 

Nuş olsun.

 

Niyə Zeytun yağı?

Zeytun yağlarının faydalarını

KƏŞF ET