Şüyüd plov

HAZIRLANMA QAYDASI

 

Yaşıl soğanın yaşıl hissələrini kiçik doğranılır, kartof kub şəklində doğranılır.

 

Baş soğan xırda-xırda doğranılır, kök təmizlənir kub şəklində doğranılır.

 

Soğan orta alovda Zeytun Bağları əlavə edilərək bir az qovrulur, sonra üzərinə kök əlavə edilərək yenə də qovrulur.

 

Daha sonra bunların üzərinə düyü əlavə edilib 4-5 dəqiqə qovrulur.

 

4-5 dəqiqədən sonra bütün ərzaqların üzərinə isti su əlavə əlavə edilir, qənd duz və istiot əlavə edildikdən sonra, orta odda plov qaynayanadək bişirilir.

 

Su qaynamağa başladıqda kartof və yaşıl soğan düyüyə əlavə edilib qarışdırılır.

 

Orta alovda su quruyanadək bişirilir.

 

Su çəkilənə yaxın xırda-xırda doğranmış şüyüd, limon suyu və istiot əlavə edilərək qarışdırılır.

 

Qazan dəsmalla bükülərək ən azı 30 dəqiqə saxlanılır.

 

Daha sonra süfrəyə verilir. Nuş olsun.

 

Niyə Zeytun yağı?

Zeytun yağlarının faydalarını

KƏŞF ET