
- Yarım kq ciyər
- Yarım çay stəkanı "Zeytun Bağları" zeytun yağı
- 1 ədəd orta boy soğan
- Yarım çay qaşığı tomat
- 5 ədəd göy soğan
- Yarım dəstə cəfəri
- Yarım çay qaşığı istiot və pul bibər
- 1 çay qaşığı cirə
- 2 çay qaşığı duz
Doğranmış ciyərləri zeytun yağında qovurun.
Xırda doğranmış soğanı və tomatı əlavə edərək qovurmağa davam edin.
Bişməyə az qalmış xırda doğranmış göy soğan və cəfəri əlavə edib 2 dəqiqə daha bişirin.
İstiot, pul bibər və cirəni əlavə edin.
Duzunu də səpdikdən sonra isti-isti servis edin.