Məhsullar

Extra Virgin

Təbii zeytun yağı (Extra Virgin olive oil; Virgin olive oil). İstehsal texnologiyasından asılı olaraq 3 yarımqrupa  bölünür: Təbii sızma zeytun yağı, təbii birinci zeytun yağı, təbii ikinci zeytun yağı. Bu yağlar tərkibindəki sərbəst yağ turşularının miqdarına görə fərqlənirlər.

Təbii zeytun yağı, çiy yeyilə bilən ən keyfiyyətli zeytun yağıdır. Daha çox salat və souslarda istifadə olunur. Zeytun yağı tamamilə fiziki üsullarla əldə edilir və burada heç bir kimyəvi metoddan istifadə edilmir. Zeytun yağı zeytun meyvəsinin suyudur, zeytunu sıxıb yağ olaraq istifadə edirik. Digər yağlardan fərqi də budur. Təbii olaraq adlandırılan, zeytun meyvəsinin təbii xüsusiyyətlərini pozmadan əldə edilmiş, özünə xas dadı və ətirlərdə, oleik turşu nisbəti 3%-dən az olan, həqiqi bir meyvə suyudur. Turşu nisbəti 1% -ə qədər olan zeytun yağları "sızma" olaraq adlandırılır.

Ən yetkin zeytun dənələrindən sızma ilə alınan yalnız fiziki əməliyyatlara tabe edilən və heç bir kimyəvi əməliyyat görməyən, təbii olaraq birbaşa istehlak olunan, zeytun qoxusunu və dadını ən yaxşı, ən təbii şəkildə mühafizə edən, rənginin tonu, sarı və yaşıl başda olmaqla istehsal yerinə görə dəyişən, tamamilə mükəmməl dad və ətri olan bir zeytun yağı tipidir.

Mövcud ölçülər

  • 500 ML
  • 750 ML

Mövcud qablaşdırmalar

Tənəkə qab

Niyə Zeytun yağı?

Zeytun yağlarının faydalarını

KƏŞF ET