Sağlam qidalanma yolları

Bütün mütəxəssislər tərəfindən təkrar edilən, sağlam yaşamağın ən önəmli şərti olaraq ortaya qoyulan sağlam qidalanma necə olmalıdır? Sağlam qidalanma üçün qoyulan bütün qaydalara riayət etməliyikmi? Ya da bəsit, amma gözardı edilməməsi vacib olan qidalarla sağlam qidalana bilərikmi?

Budur, sizə sağlam qidalanma üçün bəzi ipucları təqdim edirik:


* Qidalardan aldığınız enerji mütləq balanslı olmalıdır. Bir gündə alacağınız enerjinin % 50-60%-i karbohidratlardan (taxıl məhsulları), 30%-i yağlardan, 10-15%-i də zülallardan (ət və süd məhsulları, quru paxlakimilər) alınmalıdır.


* Təzə qidalar istifadə edilməzdən əvvəl çox yaxşı yuyulmalı və qurudulmalıdır.

 
* Tərəvəzlər və meyvələr lazım olarsa soyulmalı və mümkün olduqca qabıqlı olaraq və çiy, ya da az suda yüngül bişmiş olaraq yeyilməlidir.


* Yaşıl tərəvəzlər bişiriləcəkləri zaman alınmalı və mümkün olduqca buxarda bişirilməlidir. İri tərəvəzlər az duzlu və ancaq üzərini örtəcək qədər az suda bişirilməlidir.

 
* Çörəyi qızartmaq ya da pasterizə edilmiş südü qaynatmaq vitamin itkisinə və zülalların pozulmasına səbəb olar.

 
* Satın alacağınız qablaşdırılmış qidaların üzərindəki etiketləri mütləq oxuyun. Paketin üzərində məhsulun tərkibi, kalorisi, mineral, vitamin və qida məzmunları, istehsal və son istifadə tarixləri yazılmayan məhsulları almayın.


* Yağlar yaşamaq üçün ehtiyacımız olan 6 əsas qida maddəsindən biridir. Enerji verir və A, D, E, K vitaminləri bədənimizə daxil olaraq faydalı olmasını təmin edir.


*Yemək hazırlayarkən qızartma yerinə soba, buğlama və qaynatma kimi üsulları seçim edin.


*Quyruq yağı və kərə yağı, ət və süd məhsullarında olan heyvani yağlar, doymuş yağlar qandakı xolesterolu yüksəldir.


* Ətlərin görünən yağlarını təmizləyin. Toyuq və balığın yağlı olan dərisini yeməyinizə daxil etməyin.


* Yeməklərinizə duz əvəzinə təzə təbii ədviyyatlar əlavə etməyi unutmayın.


* Zeytun yağı qandakı xolesterolu salar. Zeytun Bağları istifadəsi məsləhət görülülür.


* Az yağlı və ya yağsız süd və süd məhsullarından istifadə edin.


* Kiçik boşqablarda yeyin, az-az və tez-tez qidalanın.


* Kəpəkli buğda çörəyi yeyin. Çünki kəpək bağırsaqların daha nizamlı işləməsinə kömək edir.


* Ağır şirniyyatlar əvəzinə meyvə, kompot və ya yüngül şirniyyatlar ilə yeməyi tamamlayın. Kərə yağlı və kremli şirniyyatları seçməyin.


*Səhər yeməyinə təzə meyvə, ya da bir stəkan portağal suyu ilə başlayın.

 
* Kolbasa, sosiska kimi heyvani yağlardan və xolesterinlə zəngin olan qidalardan qaçın.


* Gündə ən azı 2 litr su içməyə səy göstərin.

Niyə Zeytun yağı?

Zeytun yağlarının faydalarını

KƏŞF ET