“Zeytun Bağları” ticarət nişanı ilə zeytun yağları “Bakı Qida və Yağ Fabriki” MMC-də istehsal olunur. Gigiyenik normalara əmək olunaraq qabaqcıl texnologiyanın tətbiqi ilə istehsal olunan zeytun yağı 250, 500, 750 ml-lik və 1,0 litr həcmdə 4 qramlı şüşələrdə istehlakçılara təqdim olunur. “Bakı Qida və Yağ Fabriki” MMC-də istehsal olunub satışa verilən “Zeytun Bağları” təbii zeytun yağının etiketində TŞ AZ 1996004-04-2014 saylı texniki şərtlərdə aşağıdakı standart məlumatlar verilir. 100% saflaşdırılmış yağdır. 100 qram məhsulda 99,8 qram yağ var. Xolesterinsizdir. Е vitamini (tokoferol) 72 mq-dır. Enerji dəyəri 898 kkal. Xalis çəkisi və həcmi (məs. həcmi 750 ml, çəkisi 682,5 qram.) İstidən və işıqdan kənar yerdə 20oC – 25oC arası temperaturda saxlanılmalıdır. Soyuq şəraitdə bulanıqlaşması təbiidir və keyfiyyət pozuntusu deyil. Saxlanılma müddəti 2 ildir.
Təbii zeytun yağı, çiy yeyilə bilən ən keyfiyyətli zeytun yağıdır. Daha çox salat və souslarda istifadə olunur. Zeytun yağı tamamilə fiziki üsullarla əldə edilir və burada heç bir kimyəvi metoddan istifadə edilmir. Zeytun yağı zeytun meyvəsinin suyudur, zeytunu sıxıb yağ olaraq istifadə edirik. Digər yağlardan fərqi də budur. Təbii olaraq adlandırılan, zeytun meyvəsinin təbii xüsusiyyətlərini pozmadan əldə edilmiş, özünə xas dadı və ətirlərdə, oleik turşu nisbəti 3%-dən az olan, həqiqi bir meyvə suyudur. Turşu nisbəti 1% -ə qədər olan zeytun yağları "sızma" olaraq adlandırılır